İKT
Sosial şəbəkələr dəbdən düşür - Paylaşımlar azalıb
Son araşdırmalara görə, sosial media istifadəçiləri artıq daha az paylaşım edir. Xüsusilə Z nəsli sosial mediadan uzaqlaşmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Qeyd olunur ki, bütün sosial media istifadəçilərinin üçdə biri bir il əvvələ nisbətən əhəmiyyətli dərəcədə az paylaşım edir. Bu hal xüsusilə Z nəsli arasında özünü göstərir.
Amerikalı yazar Kayl Çayka “New Yorker” üçün yazdığı məqalədə bu vəziyyəti təqdir edib: “Bu, adi insanların həyatlarını sosial mediada paylaşmağın mənasız olduğunu anladığı məqamdır. Məncə, sosial media getdikcə antisosiallaşır. Bunu sosial medianın tamamilə kommersiya məzmunu dərc etməsinin nəticəsi kimi görürəm. Kommersiyalaşma ətrafınızda baş verənləri sosial mediada görmək məqsədini məhv edir. Adi istifadəçilər paylaşımı dayandırdıqda sosial media reklam meydanına çevrilir. Həmçinin, süni intellekt məzmunu “Facebook” və “Instagram”da üstünlük təşkil etməyə başlayıb".
Roza
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi







.jpg)
















.jpg)















