İKT
Türkiyənin yerli sosial media platforması və "əxlaqlı süni zəka"sı - Artıq bu qədər istifadəçisi var
“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “NEXT Teknofest Sosyal” sosial media hesabında etdiyi paylaşımda hər kəsi Türkiyənin yerli mesajlaşma tətbiqindən istifadə etməyə çağırıb.
Publika.az xəbər verir ki, o, istifadəçiləri böyük sürprizlərin gözlədiyini bildirib.
Qısa müddət əvvəl istifadəyə verilən “NEXT Sosyal”ın artıq 250 min istifadəçisi olduğu bildirilir.
Platforma, “App Store”un “Sosial Şəbəkə (Social Networking)” kateqoriyasında populyar pulsuz tətbiqlər siyahısında birinci yerə yüksəlib.
Tətbiqə olan böyük maraq davam edərkən, bir istifadəçinin “Abi, bizə WhatsApp düzəlt” mesajını sitat gətirən Bayraktar “O da hazırdır, hətta istifadə edirik… yaxındır…” - deyə cavab verib.
KİV-lər isə qeyd edir ki, "NEXT Sosyal"ın ən diqqət çəkən xüsusiyyətlərindən biri onun “əxlaqlı süni intellekt” vizyonu ilə hazırlanmış süni intellekt köməkçisi T3AI-dir. O, "X" platformasının süni intellekt tətbiqi "Grok"un rəqibi hesab olunur.
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO








.jpg)




.jpg)




.webp)














.jpg)
