İKT
Kişilər qadına "çevrilib" "OnlyFans"da pul qazanmağa başladılar - Süni intellekt sayəsində...
Süni intellektdən istifadə edən kişilər qadına "çevrilməyə" və "OnlyFans"da pul qazanmağa başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Clautie News" məlumat yayıb.
Bildirilir ki, kişilər süni intellekt sayəsində özləri üçün qadın kimi görünən virtual avatarlar yaratmağa və "OnlyFans"da qeydiyyatdan keçməyə başlayıblar. Onlar bu yolla abunəliklərdən və sponsorluq ianələrindən pul qazanırlar.
Avatarları yaratmaq üçün kişilər əsasən "Runway" neyron şəbəkəsindən istifadə edirlər. Bu şəbəkə nəinki qadın şəkillərini yaradır, həm də onları real vaxt rejimində "canlandırmaq" imkanı verir. Animasiya veb-kamera tərəfindən qeydə alınan insanın hərəkətlərini təkrarlayır.
"OnlyFans"da bu yolla pul qazanan kişilərin ifadələrinə istinad edən "Clautie News" iddia edir ki, süni intellekt avatarları məzmun yerləşdirmə platformasında quraşdırılmış moderasiya sistemini asanlıqla aldadır.
“Məzmun istehsalçılarının sözlərinə görə, bu sistemi qurmaq olduqca asandır" - deyə qeyd olunur.
"OnlyFans"da qeydiyyatdan keçənlərin həddən artıq çox olmasının arxasında kişilərin bu fəaliyyətinin dayanıb-dayanmadığı və süni intellekt avatarlarından bu şəkildə istifadə etməyin nə dərəcədə etik olduğu isə müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, 2016-cı ildə yaradılan “OnlyFans” platforması, əsasən, erotik məzmunlu videogörüntülərin yer aldığı bir şəbəkədir. İstifadəçilər aylıq ödəniş qarşılığında bir çox tanınmış pornostarların, habelə modellərin, eləcə də platformada qeydiyyatdan keçən istənilən qadının erotik videolarını izləyə bilirlər.
Ləman
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi







.jpg)
















.jpg)















