İKT
"Telegram"dan Rusiyadakı zəng məhdudiyyətlərinə REAKSİYA
"Telegram" Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin ( Roskomnadzor) rusiyalı istifadəçilər üçün bu messencerdə zəngləri qismən məhdudlaşdırmaq qərarına reaksiya verib.
Publika.az xəbər verir ki, bu barədə xidmətin mətbuat xidməti məlumat yayıb.
"Telegram" təxribat, zorakılıq və fırıldaqçılıq çağırışları da daxil olmaqla, platformadan zərərli istifadə ilə fəal mübarizə aparır. Xüsusi süni intellekt və maşın öyrənmə vasitələrindən istifadə edən moderatorlar platformanın ictimai bölmələrinə proaktiv şəkildə nəzarət edir və gündəlik milyonlarla zərərli mesajı silmək üçün çalışırlar”, - deyə bildirilib.
Həmçinin qeyd edilib ki, messencer istifadəçiləri zənglər üçün məxfilik parametrlərindən istifadə edərək kimlərin zənglərini qəbul edəcəyini seçə və ya funksiyanı tamamilə söndürə bilərlər.
Xatırladaq ki, bu gün "Roskomnadzor" Rusiyada "Telegram" və "WhatsApp"da zənglərin qismən məhdudlaşdırılması tədbirlərinin həyata keçirildiyini açıqlayıb. Qurum bu tədbirləri “cinayətkarlara qarşı mübarizə aparmaq” zərurəti ilə izah edib.
Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, "Telegram" və "WhatsApp" fırıldaqçıların aldatmaq və pul qoparmaq, Rusiya vətəndaşlarını təxribat və terror fəaliyyətlərinə cəlb etmək üçün istifadə etdikləri əsas vasitəyə çevrilib.
Ləman
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi







.jpg)
















.jpg)















