İKT
"Google" "Veo 3"ü hər kəs üçün PULSUZ ETDİ
"Google", realistik səsləndirməli videolar yaratmaq üçün nəzərdə tutulmuş "Veo 3" neyroşəbəkəsinə müvəqqəti olaraq pulsuz giriş imkanı təqdim edib.
Publika.az xəbər verir ki, xidmət "Gemini" istifadəçilərinə açıqdır.
Əvvəllər "Veo 3" modeli yalnız aylıq 250 dollar (təxminən 425 manat) dəyərində "Google AI Ultra Premium" tarifində mövcud idi. Daha sonra şirkət giriş imkanını aylıq 20 dollar (təxminən 4 manat ) olan "AI Pro" tarifinə də genişləndirdi. İndi isə neyroşəbəkəni bütün istifadəçilər sınaya biləcək, lakin bir hesab maksimum üç video yarada biləcək.
Təklifi aktivləşdirmək üçün mobil tətbiq və ya "Gemini"nin veb-versiyasını açmaq kifayətdir – orada müvafiq banner görünəcək. Generasiya prosesi bir neçə dəqiqə çəkir və nəticədə istifadəçi 8 saniyəlik video əldə edir.
Pulsuz müddət 25 avqust, Bakı vaxtı ilə saat 09:00-da başa çatacaq.
Qeyd edək ki, "Gemini" "Google"un "LaMDA" dil modeli əsasında yaratdığı çat-botdur və 2023-cü ilin əvvəlində təqdim olunub. 2024-cü ilin fevralınadək o, "Google Bard" adı ilə tanınırdı.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ







.jpg)













.jpg)















