İKT
Günel Gözəlovaya yeni VƏZİFƏ VERİLDİ
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olunub.
Publika.az xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri vəzifəsinə gətirilib.
Günel Gözəlova bundan əvvəl Azərbaycan Dövlət Televiziyasında aparıcı-redaktor, "Lider TV və Azərbaycan Radiosu" MMC-də reportyor və aparıcı, "Gənclər" redaksiyasının baş redaktoru, "Lider Xəbər" Departamentinin rəis müavini və "Ana Xəbər"in aparıcısı kimi fəaliyyət göstərib.
O həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetində mətbuat katibi, "Azərpoçt" MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri olub.
Sonrakı dövrlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun media və təhsil sahəsi üzrə vitse-prezidenti, MTV Azərbaycan telekanalının baş redaktoru vəzifələrində çalışıb. Onun son iş yeri isə "Baku" TV olub.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ







.jpg)













.jpg)















