İKT
Telefon danışıqlarını uzaqdan dinləmənin YENİ ÜSULU
Pensilvaniya Universitetinin əməkdaşları telefon danışıqlarını uzaqdan dinləməyin yeni üsulunu təqdim ediblər.
Publika.az xəbər verir ki, alimlər millimetrlik radar vasitəsilə smartfonun gövdəsinin çox az nəzərə çarpan titrəyişlərini "oxuyub" onları mətnə çevirməyin mümkün olduğunu göstəriblər.
Məsələn, üç metr məsafədə 10 min sözdən ibarət lüğətlə nitqin açılmasında 60%-ə qədər dəqiqlik əldə etmək mümkündür. Titrəyişləri nitqə çevirmək üçün tədqiqatçılar açıq süni intellekt modeli olan "Whisper"i yalnız parametrlərinin 1%-ni dəyişdirərək uyğunlaşdırıblar. Test zamanı smartfon nitqi səsləndirib və radar onun səthinin mikroskopik vibrasiyasını qeydə alıb. Nəticədə, əldə edilmiş "səs-küylü" məlumatlar modifikasiya edilmiş model tərəfindən emal olunub.
Alimlərin fikrincə, nəticə dodaq oxuma ilə müqayisə edilə bilər: sözlərin yalnız 30-40%-i tanınsa belə, kontekst söhbətin çox hissəsini bərpa etməyə imkan verir. (Oxu.Az)
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ







.jpg)













.jpg)















