İKT
"TikTok" yüzlərlə işçini ixtisar etdi - Onları süni intellekt əvəz edəcək
"TikTok" Böyük Britaniyadakı yüzlərlə moderatoru işdən çıxararaq, onları süni intellektlə əvəzləyir.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, ixtisarlar əsasən Böyük Britaniyada yerləşən 2500 nəfərlik komandaya təsir edəcək, lakin Cənubi və Cənub-Şərqi Asiyadakı işçilərə də təsirsiz ötüşməyəcək.
İşdən çıxarılanların dəqiq sayı açıqlanmasa da, mənbələr sayın yüzlərlə olduğunu bildirir.
"TikTok" daha əvvəl bildirmişdi ki, qaydaları pozan məzmunların 85%-dən çoxu süni intellekt tərəfindən aşkar edilərək silinir.
Qeyd edək ki, "ByteDance" şirkətinə məxsus platforma daha öncə də kütləvi ixtisarlar elan edib. Şirkət 2024-cü ilin sonuna qədər Malayziyada 500 işçini ixtisar edib, bu ilin iyul ayında isə "TikTok"un Berlin ofisindəki təxminən 150 işçi süni intellekt modelləri ilə əvəzlənib.
Mənbələr şirkətin niyə bu dəfə Böyük Britaniyadakı moderatorları seçdiyini açıqlamır. Lakin işdən çıxarılmaların Böyük Britaniyanın Onlayn Təhlükəsizlik Aktı qüvvəyə mindikdən qısa müddət sonra baş verməsi nəzərdən yayınmayıb. Qanuna görə, Böyük Britaniyada fəaliyyət göstərən onlayn platformalar yetkinlik yaşına çatmayanları zərərli məzmundan qoruya bilmədikdə, 10%-ə qədər cərimə oluna bilər.
Ləman
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ







.jpg)













.jpg)















