İKT
"Telegram"dan hər kəs pul qazana biləcək
Bu tətbiq rəqəmsal iqtisadiyyatın yeni oyunçusuna çevrilir.
Publika.az xəbər verir ki, "Telegram" platforması uzun müddət davam edən sınaqlardan sonra "Stars" (Ulduzlar) adlanan rəqəmsal valyutanı bütün istifadəçilərin ixtiyarına buraxıb. Bu yenilik sosial şəbəkənin sadəcə ünsiyyət vasitəsi olmadığını, həm də gəlir mənbəyinə çevrildiyini göstərir.
Yeni qaydalara əsasən, istifadəçilər əldə etdikləri ulduzları 21 gün gözlədikdən sonra real pula çevirə biləcəklər. Bunun üçün xüsusi şərt qoyulub - nağdlaşdırma prosesi yalnız Fragment platforması vasitəsilə aparılacaq və istifadəçi KYC (şəxsiyyətin təsdiqlənməsi) prosedurundan keçməlidir. Bu da öz növbəsində sistemin şəffaflığını və təhlükəsizliyini təmin edir.
Əldə olunan ulduzlardan həmçinin "Telegram" daxilində reklam almaq, mini-applikasiyalara ödəniş etmək və digər xidmətlərdə istifadə etmək mümkündür. Çıxarış üçün tələb olunan minimum hədd isə 1000 ulduz olaraq müəyyənləşdirilib.
Ekspertlərin fikrincə, bu addım "Telegram"ı sadəcə mesajlaşma tətbiqindən daha çox rəqəmsal iqtisadiyyatın yeni oyunçusuna çevirəcək. Beləliklə, kontent yaradıcıları, kanal sahibləri və hətta adi istifadəçilər artıq Teleqram üzərindən ciddi pul qazanmaq imkanı əldə edirlər.
Bu yenilik "Telegram"ın qlobal bazarda maliyyə texnologiyalarına daha sıx inteqrasiyasının başlanğıcı kimi qiymətləndirilir. İndi artıq sosial şəbəkədən yalnız yazışma üçün deyil, gəlir mənbəyi kimi istifadə etmək mümkün olacaq. (Musavat.com)
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ







.jpg)













.jpg)















