İKT
"Apple" və "Samsung" "Xiaomi"yə qarşı birləşdi - Məhkəmə
"Apple" və "Samsung" şirkətləri Çinin "Xiaomi" şirkətinə qarşı iddia qaldırıb. Onlar öz markalarının məhsullarının Hindistanda "Xiaomi" cihazları ilə birbaşa müqayisə edildiyi reklam kampaniyalarının dayandırılmasını tələb ediblər.
Publika.az xəbər verir ki, bu barədə “The Economic Times” yazıb.
Bildirilib ki, "Xiaomi"nin reklam kampaniyası Hindistanda həm ənənəvi, həm də rəqəmsal mediada yayımlanır. “Economic Times” qəzeti ön səhifəsində “Xiaomi Pad 7” planşetinin reklamı "Fərqli düşün? Yenidən düşün" başlığı altında təqdim edilib. Məhsul "Apple"ın "iPad Pro"su ilə müqayisə edilib. Reklamın mətni "Apple"ın ikonik "Fərqli düşünün" şüarına istinaddır.
Sosial şəbəkələrdəki reklamlarda isə "iPhone 16 Pro Max"ın kamerası "Xiaomi 15 Ultra"nın kamerası ilə müqayisə edilib və Çin cihazına üstünlük verilib.
"Xiaomi" sosial mediada "Samsung"a qarşı da oxşar strategiyadan istifadə edərək Koreya texnologiya nəhənginin bir neçə modelini birbaşa tənqid edib.
"Apple" və "Samsung" nümayəndələri daha öncə kampaniyanı "alçaldıcı" adlandırıb və "Xiaomi" hazırkı marketinq strategiyasından əl çəkməyəcəyi təqdirdə məhkəməyə müraciət etmək niyyətlərini açıqlayıblar.
Qeyd edək ki, Hindistan qanunları müqayisəli reklama icazə verir, lakin müqayisə obyektiv olmalı, faktlara əsaslanmalı və istehzaya, alçaldıcı ifadəyə yer verilməməlidir.
Ləman
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ







.jpg)













.jpg)















