İKT
Azərbaycanda mobil operator LƏĞV EDİLİR
"Naxtel" MMC telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq.
Publika.az "Report"a istinadla xəbər verir ki, "Naxtel" MMC 1 dekabr 2025-ci ildən etibarən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq. Şirkət bununla bağlı sosial şəbəkə hesablarında rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 1 oktyabr – 1 dekabr 2025-ci il tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – "Azercell", "Bakcell" və "Nar"a müraciət etməlidirlər.
1 dekabr 2025-ci ilədək nömrəsini digər şəbəkəyə keçirməyən abunəçilərin nömrələri ləğv ediləcək və mövcud müqavilələrə xitam veriləcək. Bununla yanaşı, həmin nömrələrdəki aktiv xidmətlər dayandırılacaq, balansda qalan istifadə olunmamış vəsaitlər isə silinəcək.
"Naxtel" MMC bildirib ki, qeyd olunan tarixədək silinmiş məbləğlərin geri qaytarılmasına və ya kompensasiyasına görə şirkət məsuliyyət daşımır.
Nömrələrin daşınması Naxçıvan Muxtar Respublikası ərazisində, eləcə də Bakı və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.
Ətraflı məlumatı şirkətin rəsmi internet səhifəsindən (www.naxtel.az) və 299 nömrəli Telefon Mərkəzindən əldə etmək mümkündür.
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi







.jpg)







.jpg)








.jpg)














