İKT
"ChatGPT"də valideyn nəzarəti sistemi işə salınacaq
"OpenAI" şirkəti yaxın zamanda "ChatGPT"yə valideyn nəzarəti funksiyasının əlavə olunacağını açıqlayıb.
Publika.az xəbər verir ki, intihar nəticəsində ölən bir yeniyetmənin valideynləri tərəfindən məhkəmə iddiası ilə bağlı açıqlama verən şirkət "ChatGPT"nin gənc istifadəçiləri üçün yeni təhlükəsizlik tədbirləri təqdim edəcək.
Yeni qaydalara görə, servisdə qeydiyyatdan keçmək üçün minimum yaş həddi 13 olacaq.
Valideynlər öz hesablarını övladlarının hesabına bağlaya biləcəklər. Bu onlara çatbotun uşağa necə cavab verdiyini izləməyə, bəzi funksiyaları idarə etməyə imkan verəcək. Həmçinin süni intellket uşağın “kəskin stress anı” yaşadığını aşkar etdiyi təqdirdə valideynləri xəbərdar edə biləcək.
Yeni nəzarət sisteminin hazırlanmasında 60 ölkədən 250-dən çox psixi sağlamlıq və gənclərin inkişafı üzrə mütəxəssisin iştirak etdiyi vurğulanıb.
Xatırladaq ki, ABŞ-ın Kaliforniya ştatından olan valideyn oğlunun ölümündən sonra “OpenAI” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi







.jpg)







.jpg)








.jpg)














