İKT
"WhatsApp" təntənəli şəkildə "dəfn edildi" - FOTO
Yakutskda (Rusiya) təşəbbüs qrupu "WhatsApp" mesencerinin təntənəli "dəfn mərasimi"ni keçirib.
Publika.az xəbər verir ki, bu barədə "Sakha Life" məlumat yayıb.
Bildirilir ki, təşkilatçılar tərəfindən "köhnə dostla vidalaşma" adlandırılan tədbir şəhər restoranlarından birində keçirilib. Aksiya iştirakçıları təşkilata məsuliyyətlə yanaşıb, bəzi ritualları bütün ciddiyəti ilə yerinə yetiriblər.
"Əziz yaşıl mesencer, çoxillik ünsiyyət üçün təşəkkür edirik. Bütün əlaqələr saxlanılıb, çatlar köçürülüb. Artıq irəli getmək vaxtıdır", - deyə tədbir iştirakçılarından biri deyib.
Xatırladaq ki, "Roskomnadzor" Rusiyada "Telegram" və "WhatsApp" mesencerlərində zənglərin qismən məhdudlaşdırılması istiqamətində tədbirlər görüb. Qurumun izahına görə, bu platformalar Rusiya vətəndaşlarını aldatmaq, pul mənimsəmək, diversiya və terror fəaliyyətinə cəlb etmək üçün istifadə olunan əsas səsli rabitə xidmətlərinə çevrilib.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə əlavə edib ki, zəng funksiyasına giriş yalnız ölkə qanunvericiliyinin tələbləri yerinə yetirildikdən sonra bərpa olunacaq.
"WhatsApp" tərtibatçıları öz növbəsində bildiriblər ki, Rusiya istifadəçiləri üçün "end-to-end" şifrələmə ilə qorunan ünsiyyəti təmin etmək üçün mümkün olan hər şeyi edəcəklər. (Oxu.az)
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam








.jpg)





.webp)





















.jpg)

