İKT
Süni intellekt heç vaxt bu peşənin sahiblərini əvəz edə bilməyəcək
Alimlər hətta süni intellektin sürətli inkişafı dövründə də tarixçilərin rolunun yalnız artdığını hesab edirlər. Səbəb isə heç bir alqoritmin keçmiş hadisələrin emosional və mənəvi dərinliyini tutmağa qadir olmamasıdır.
Publika.az xəbər verir ki, bunu Kornell Universitetinin nasist Almaniyasının tarixi üzrə mütəxəssisi Yan Burzlaff deyib.
Onun tədqiqatının nəticələri "Rethinking History" jurnalında dərc olunub.
Alim tədqiqatında ChatGPT-nin 1995-ci ildə La Paz, Krakov və Konnektikutda qeydə alınmış Holokostdan sağ çıxanların ifadələrini necə təkrarladığını təhlil edib.
Məlum olub ki, süni intellekt ən vacib detalları qaçırır, xüsusilə də bu detallar emosiyalarla əlaqəlidirsə.
“Əgər süni intellekt müasir tarixdə bəşəriyyətin iztirablarını əks etdirən səhnələri belə çatdıra bilmirsə, o, daha “incə” hekayələri təhrif edəcək", - deyə Burzlaff vurğulayıb.
Onun sözlərinə görə, tarixçilərə ehtiyac var, çünki onlar eşidə və şərh edə bilirlər. AI isə yalnız ümumiləşdirə bilər.
"Təhlükə altında olan təkcə Holokost qurbanlarının xatirəsi deyil, həm də bütün cəmiyyətlərin alqoritmlər dövründə keçmişlərini necə xatırlayacaqları və şərh edəcəyidir", - deyə Burzlaff vurğulayıb.
Ləman
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video







.jpg)



















.jpg)











