İKT
"Furkanoğlu Dəmiryumruk" Stendi "Teknofest"də
"Furkanoğlu Dəmiryumruk" Stendi və Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev "Teknofest" çərçivəsində "Teknofest" İdarə Heyətinin sədri Selçuk Bayraktar ilə görüşüb.
Publika.az xəbər verir ki, Selçuk Bayraktar, "Furkanoğlu Dəmiryumruk" Stendinin fəaliyyətlərini izlədiyini və yüksək dəyərləndirdiyini bildirib.
Araz Musayev qeyd edib ki, Türkiyənin üç böyük şəhərində keçirilən "Teknofest" festivalının sonuncusu 17–21 sentyabr tarixlərində İstanbul Atatürk Hava Limanında baş tutub və ənənəyə sadiq qalaraq "Furkanoğlu Dəmiryumruk" Stendi burada da öz yerini alıb.
O, “Baykar” şirkətinə Azərbaycanın II Qarabağ müharibəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatları ilə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və “iki dövlət, bir millət” şüarı ilə Teknofestə dəstək olmağın borc olduğunu vurğulayıb.
Bu il dəstəklənən layihələr arasında xüsusilə diqqət çəkənlər:
1 İnsansız sualtı aparatı
2 3D printer və süni intellekt texnologiyaları
3 Atlas C1 pilotsuz silahlı hava vasitəsi – yüksək hündürlüklərə qalxaraq koordinat üzrə hədəfi məhv edə bilən, tamamilə avtonom şəkildə havaya qalxıb enən innovativ layihə.
Atlas C1 layihəsinin təqdimatı Teknofest İdarə Heyətinin sədri Selçuk Bayraktar, Baykar baş direktoru, Sənaye və Texnologiya naziri, Müdafiə Sənayesi Komitəsinin rəhbəri, TÜBİTAK prezidenti və STM baş direktoruna edilib.
Stenddə ümumilikdə 4 pilotsuz uçuş aparatı layihəsi sərgilənib.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam








.jpg)





.webp)





















.jpg)

