İKT
"ChatGPT" istifadəçilərinə pis xəbər
"OpenAI" şirkəti "ChatGPT"də reklam yerləşdirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, şirkət "ChatGPT"də reklam formatlarının tətbiqi imkanları da daxil olmaqla, strategiyasında əhəmiyyətli dəyişikliklər olacağını elan edib.
Şirkətin tətbiqlər üzrə yeni direktoru Fici Simo pul qazanma ilə bağlı departamentə rəhbərlik edə biləcək yüksək səviyyəli menecer axtarışına başlayıb. Bu mütəxəssis abunə xidmətlərinin inkişafı və "ChatGPT" də daxil olmaqla, "OpenAI" məhsulları üçün reklam vasitələrinin yaradılmasına cavabdeh olacaq.
Fici Simo texnologiya dünyasında tanınmış simadır. O, əvvəllər "Facebook"un inkişafına nəzarət edib və "Meta"nın reklam modelinin genişləndirilməsində əsas rol oynayıb. İndi "OpenAI" onun bu təcrübəsini süni intellekt sahəsinə tətbiq etməyi planlaşdırır.
İnsayderlərin sözlərinə görə, yeni menecer Sem Altmana yox, birbaşa Simoya hesabat verəcək.
Qeyd edək ki, hazırda "OpenAI" "ChatGPT Plus" abunəliklərindən və korporativ həllərdən gəlir əldə edir.
Ləman
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq







.jpg)





























