İKT
Süni intellekt sevgini də proqnozlaşdırmağı öyrəndi
İsraildəki Ben-Qurion Universitetinin alimləri tanışlıq tətbiqlərinin iş prinsipini imitasiya edən şəraitdə romantik cazibə hisslərini orta-yüksək dəqiqliklə proqnozlaşdıran maşın öyrənməsi modeli hazırlayıblar.
Publika.az xəbər verir ki, tədqiqat "Computers in Biology and Medicine" (CBM) jurnalında dərc olunub.
Eksperimentdə yaşı 23-dən 32-yə qədər olan 61 tələbə iştirak edib. Onlar potensial partnyorların fotolarına baxarkən beyin aktivliyi elektroensefaloqrafiya (EEQ) vasitəsilə qeydə alınıb. İştirakçılar kimləri bəyəndiklərini qeyd ediblər və sonra guya həmin şəxslərin onlara verdiyi “rəyləri” alıblar (əslində bu rəylər simulyasiya olunmuşdu). Bu yanaşma tanışlıq tətbiqlərinin əsas mexanizmini — cazibə və mümkün rədd edilməni — təkrarlamağa imkan verib.
Maşın öyrənməsi alqoritmləri beynin elektrik reaksiyalarını — yəni induksiya olunmuş potensialları analiz ediblər. Modellər iştirakçıların cazibəyə reaksiyasını 71,3% dəqiqliklə, rədd edilməyə isə 81,3% dəqiqliklə proqnozlaşdırıb. Daha az insanı cəlbedici hesab edən “seçici” iştirakçılarda alqoritmlər daha yaxşı nəticə göstərib. Alimlərin fikrincə, bu, onların neyron siqnallarının daha ifadəli və xarakterik olması ilə bağlıdır.
“EEQ siqnallarını analiz etməklə tanışlıq tətbiqlərində istifadəçinin davranışını - məsələn, sağa və ya sola sürüşdürmə qərarını - proqnozlaşdıra bilərik. Bu, emosiyaları anlamağa imkan verir: onlar kimisə cəlbedici hesab edirlərmi, yoxsa rədd edilmə ilə bağlı mənfi hisslər keçirirlər,” - deyə tədqiqat müəllifləri qeyd ediblər.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq







.jpg)





























