İKT
“Apple” “Samsung”u “tələ”yə saldı - İstehsal planları təcili dəyişdirildi
"Samsung" korporasiyası "Galaxy S25+" smartfonunun istehsalını davam etdirməyə qərar verib.
Publika.az xəbər verir ki, bu barədə tanınmış "Ice Universe" insayderinin "X" platformasındakı hesabında paylaşım edilib.
Mütəxəssis müəyyən edib ki, Koreya şirkəti "Galaxy S26+" smartfonunun istehsalı ilə bağlı layihəni yenidən aktivləşdirib. Daha əvvəl bildirilmişdi ki, "Samsung" böyük ekranlı yeni cihazı - "Galaxy S25+" modelinin varisini hazırlamayacaq.
"Ice Universe" qeyd edib ki, "Samsung" bu qərarı "Galaxy S25 Edge" modelinin uğursuz satışları və gələcək "iPhone Air" ilə bağlı məyusedici gözləntilər səbəbindən təcili şəkildə dəyişib. Şirkət əvvəllər düşünürdü ki, nazik korpuslu telefonlar bazarda tələb görəcək, lakin bu hesablamalar doğru çıxmayıb.
“Bu sadəcə gülməlidir. Samsung indi tamamilə spekulyativ bir şirkətə çevrilib, müstəqil baxışı olmayan və "Apple"ın ardınca gedən bir brenddir,” - deyə insayder bildirib.
Qeyd edilib ki, "Apple" nazik "iPhone" modelinin hazırlanması ilə bağlı şayiələr yayaraq "Samsung"u “tələ”yə salıb və nəticədə şirkət "Galaxy S25 Edge" modelini yaratmağa başlayıb.
"Ice Universe"nin verdiyi məlumatı Koreyanın "The Elec" nəşri də təsdiqləyib. Media nümayəndələrinin fikrincə, "Samsung" 2026-cı ilin yanvarında üç yeni smartfon təqdim edəcək — "Galaxy S26", "S26+" və "S26 Ultra".
Hüseyn İbadlı
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq







.jpg)





























