İKT
Suyun altında dünyanın ilk məlumat mərkəzi açıldı
Cənubi Çində dünyanın ilk sualtı məlumat emalı mərkəzi yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
Layihə meneceri Pu Din bildirib ki, ümumi çəkisi min tondan çox olan məlumat kabinələri dənizin dərinliyinə yerləşdirilib və su onların soyudulmasına kömək edir. Hər kabinə 35 metr dərinlikdə yerləşir və 24 server rəfini ehtiva edir. Bu rəflər 400–500 serveri saxlamağa qadirdir.
“Yerüstü məlumat emalı mərkəzləri ilə müqayisədə, sualtı mərkəzlər soyutma üçün enerji sərfiyyatını azalda bilər ki, bu da istismar xərclərinin aşağı düşməsinə səbəb olur,” - deyə o izah edib.
Sentyabrın 14-də "Tom's Hardware" nəşri yazıb ki, “Böyük Çin Firewallu” sisteminə aid 500 GB-dan çox daxili məlumat - o cümlədən ilkin kodlar, iş jurnalları və sistemlə bağlı mesajlar - internetə sızıb.
Sızma 11 sentyabrda aşkar edilib və ehtimal olunur ki, bu, "Geedge Networks" şirkəti və Çin Elmlər Akademiyasının MESA İnformasiya Mühəndisliyi İnstitutu laboratoriyasının fəaliyyəti ilə bağlıdır.
Hüseyn İbadlı
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar




































