İKT
"Meta" şirkəti qardaş ölkədə ofis aça bilər - FOTO
Özbəkistanda "Facebook", "Instagram", "WhatsApp" və "Threads" kimi tətbiqlərin sahibi olan "Meta" şirkətinin ofisi açıla bilər.
Publika.az xəbər verir ki, bu barədə Özbəkistanın İstiqballı Layihələr Milli Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, agentlikdə "Meta" şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Özbəkistanda "Meta"nın nümayəndəliyinin açılması perspektivləri, reklamın təşviqi və şirkət platformalarında yerləşdirilən məzmunla bağlı dələduzluğun qarşısının alınması üzrə əməkdaşlığın inkişafı, həmçinin məzmunun monetizasiyası və ölkədəki rəqəmsal məzmun yaradıcılarının dəstəklənməsi məsələləri müzakirə olunub.
Görüşdə Meta nümayəndələri arasında Cənubi və Mərkəzi Asiya ölkələri üzrə dövlət siyasəti direktoru Sarim Aziz, Mərkəzi Asiya, Monqolustan, Şri-Lanka və Maldiv adaları üzrə siyasət rəhbəri Senura Abeyvardena, Mərkəzi Asiya, Honq Konq və Tayvan üzrə hökumətlə əlaqələr və sosial təşəbbüslər rəhbəri Aurora Li, eləcə də Mərkəzi Asiya və Monqolustan üzrə regional siyasət meneceri Erasil Kalixan yer alıb.
Tərəflər rəqəmsal platformaların tənzimlənməsi, istifadəçilərin qorunması və ədalətli monetizasiya sisteminin inkişafı üzrə birbaşa dialoqun qurulmasının və təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Rəqəmsal təhlükəsizlik, reklam şəffaflığı və məsuliyyətli rəqəmsal davranışın təşviqi məsələlərinə xüsusi diqqət yetirilib.
Görüşün yekununda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və konkret sahələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması barədə razılıq əldə olunub.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam








.jpg)


























.jpg)

