İKT
Kibercinayətkarlar şirkətin milyonlarla müştərisinin məlumatlarını yaydılar
2025-ci ilin yayında hakerlər tərəfindən oğurlanan Avstraliyanın ən böyük aviadaşıyıcısı "Qantas"ın müştərilərinin şəxsi məlumatları "darknet"də dərc edilib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, kibercinayətkarlar məlumatın açıqlanmasının səbəbi kimi şirkətin fidyə ödəməkdən imtina etməsini göstəriblər.
Qeyd edilir ki, "Qantas" müştərilərinin dərc edilmiş məlumatları arasında tez-tez uçan sərnişinlərin soyadları və adları, doğum tarixləri, elektron poçt ünvanları və loyallıq kartlarının nömrələri var. Həmçinin siyahıya Avstraliyanın bir sıra tanınmış siyasətçilərinin və ictimai xadimlərinin ev ünvanları və telefon nömrələri də daxil olmaqla, şəxsi məlumatları düşüb, lakin aviakompaniya cinayətkarların kredit kartları və pasport nömrələri haqqında məlumatlara giriş əldə edə bilmədiklərini təmin edir.
"Kibertəhlükəsizlik üzrə ekspertlərin köməyi ilə hansı məlumatların dərc edildiyini araşdırır və əlavə təhlükəsizlik tədbirləri görürük", - deyə aviakompaniyadan bildirilib.
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq






.jpg)









.jpg)



















