İKT
Süni intellektin etdiyi ən böyük SƏHVLƏR - Gözəgörünməz bizi belə aldadır
Süni intellektin (Aİ) ən geniş yayılmış səhvləri “halüsinasiyalar” və verilənlərin manipulyasiyası ilə bağlı problemlərdir.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru ya Rusiya Texniki Universitetinin (RTU MIREA) İnformasiya Texnologiyaları İnstitutunun alət və tətbiqi proqram təminatı kafedrasının müəllimi Andrey Rıbnikov məlumat verib.
“Ən çox rast gəlinən Aİ səhvlərini şərti olaraq iki əsas kateqoriyaya bölmək olar: halüsinasiyalar və daxil olan məlumatlarla manipulyasiya nəticəsində yaranan zəifliklər.
“Halüsinasiyalar - neyron şəbəkənin gerçək kimi görünən, lakin tamamilə uydurma olan məlumatlar yaratmasıdır. Bu, qəsdən edilən aldatma deyil, modelin işləmə mexanizminin nəticəsidir”, - deyə proqramçı bildirib.
Rıbnikov izah edib ki, süni intellekt öz təlim məlumatları əsasında ən ehtimal olunan söz və ya məlumat ardıcıllığını proqnozlaşdırır. Nəticədə, model bəzən tanınmış bir alim haqqında bioqrafiya təqdim edə bilər, lakin orada mövcud olmayan mükafatlar və tarixlər göstərə bilər, yaxud da olmayan funksiyalarla proqram kodu yarada bilər.
"Süni intellektin (Aİ) yanlış cavab verməyə yönləndirilməsi mümkündür. Bu proses tez-tez “promptların sındırılması” adlandırılır. İstifadəçi xüsusi tərtib olunmuş sorğu vasitəsilə modelin daxili məhdudiyyətlərini keçə bilər. Məsələn, sorğuda süni intellektə əvvəlki göstərişləri nəzərə almamağı “əmr edən” bir təlimat yerləşdirilə bilər. Bu, süni intellektin mövcud vəziyyətində kontekstin incə manipulyasiyası ilə aldadılmasının mümkün olduğunu sübut edir", - ekspert deyib.
O əlavə edib ki, bu cür səhvləri minimuma endirmək üçün düzgün hazırlanmış promptlardan istifadə olunmalıdır. Belə sorğular konkret olmalı, konteksti və aydın meyarları əhatə etməlidir. Texniki məsələlər üçün faktların yoxlanılması və şərhlərlə kod nümunələrinin təqdim edilməsi tövsiyə olunur. Yaradıcılıq yönümlü tapşırıqlarda isə hədəf auditoriyanın dəqiq göstərilməsi vacibdir.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl






.jpg)


















.jpg)









