İKT
İki nəhəng arasında 135 milyard dollarlıq ANLAŞMA - Misli görülməyən yeniliklər olacaq
"Microsoft" korporasiyası və "ChatGPT" çat-botunun yaradıcısı olan OpenAI şirkəti yeni bir razılaşma imzalayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Microsoft"un bloqunda məlumat verilib.
Yayımlanan məlumatda bildirilir ki, şirkətlər öz tərəfdaşlıqlarında “növbəti fəsli” açırlar. "Microsoft" və "OpenAI", sonuncunun ictimai faydalı korporasiyaya çevrilməsi barədə razılığa gəliblər.
Bəyanatda vurğulanır ki, tərəflər real ehtiyaclara cavab verən məhsullar yaratmaq üçün indiyədək olmadığı qədər geniş imkanlar əldə ediblər.
Rekapitalizasiyadan sonra "Microsoft" "OpenAI"nin 135 milyard dollar dəyərində investisiyasını və ya 27% səhm payını əldə edəcək.
Bundan əvvəl "Microsoft"un icraçı vitse-prezidenti Yusuf Mehdi bildirmişdi ki, korporasiya "Windows" əməliyyat sisteminin dərin şəkildə yenidən işlənməsinə başlayıb və onu səsli komandalar və süni intellektlə idarə olunan platformaya çevirməyi planlaşdırır.
Şirkət rəhbərliyinin fikrincə, süni intellektin təkcə ayrı-ayrı alət kimi deyil, gündəlik istifadə olunan yüz milyonlarla ssenarinin ayrılmaz hissəsinə çevriləcəyi yeni bir təkamül mərhələsi başlayır.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl






.jpg)


















.jpg)









