İKT
2025-ci ilin ən güclü smartfonları - Yeni flaqman çipi ilə təchiz olunub
"AnTuTu"nun sentyabr ayı üzrə Android smartfonlarının performans reytinqi açıqlanıb.
Publika.az xəbər verir ki, reytinqin liderləri "Snapdragon 8 Elite Gen 5" çipi ilə təchiz olunmuş ən yeni modellər olub.
Oktyabr ayının nəticələrinə əsasən lider dəyişib. Sentyabrda "Xiaomi 17 Pro" və "Xiaomi 17 Pro Max" modelləri üstünlük təşkil etsə də, oktyabr reytinqində "Xiaomi" artıq ilk onluqda yer almır.
Birinci yeri "RedMagic 11 Pro+" tutub. Bu oyun smartfonu maye və hava soyutma sisteminə malikdir və "AnTuTu" testində orta hesabla 4,13 milyon xal toplayır.
İkinci və üçüncü yerlərdə "Snapdragon 8 Elite Gen 5" çipi ilə təchiz olunmuş "OnePlus 15" və "iQOO 15" modelləri qərarlaşıb (hər biri 4,03 milyon xal).
İlk beşliyi "Honor Magic8" və "Magic8 Pro" tamamlayır (4,02 milyon xal). Beləliklə, ilk 5-lik tamamilə "Qualcomm"un yeni flaqman çipi ilə təchiz olunmuş modellərdən ibarətdir.
Ardınca gələn modellər:
"Vivo X300 Pro" – "MediaTek Dimensity 9500" çipi ilə (4,01 milyon xal)
"Realme GT8 Pro" – "Snapdragon 8 Elite Gen 5" ilə (3,91 milyon xal)
"Oppo Find X9" – "Dimensity 9500" ilə (3,81 milyon xal)
İlk onluğu tamamlayanlar:
"Redmi K90 Pro Max" – "Snapdragon 8 Elite Gen 5" ilə (3,81 milyon xal)
"Vivo X300" – "Dimensity 9500" ilə (3,79 milyon xal)
Hüseyn İbadlı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto







































