İKT
Fırıldaq sxemlər, saxta reklamlar: Haram yolla milyardlar qazanırlar
"Meta" daxili sənədlərdə 2024-cü ildə ümumi satışlarının təxminən 10%-nin və ya təxminən 16 milyard dolların saxta sxemlərin və qadağan olunmuş malların onlayn reklamından əldə ediləcəyini proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, reklamlar arasında saxta investisiya və ticarət layihələrini, qeyri-qanuni onlayn kazinoları və qadağan olunmuş tibbi məhsulların satışını təşviq edənlər də olub. Əldə olunan şirkət sənədləri "Meta"nın "Facebook" və "Instagram"da saxta reklamların miqyasını qiymətləndirmək cəhdlərini göstərir.
Qeyd olunur ki, "Meta"nın 2024-cü ildə ümumi satışları 164,5 milyard dolları ötüb. Ötən həftə şirkət üçüncü rübdə gəlirinin illik müqayisədə 26% artaraq 51,24 milyard dollara çatdığını bildirib.
Bundan başqa nəşr 2024-cü ilin dekabrında açıqlanan aldadıcı xarakter daşıyan "yüksək riskli" fırıldaqçı reklamlardan illik gəlirin 7 milyard dollar olduğunu təxmin edən sənədə də istinad edib.
Məlum olub ki, bəzi sənədlərdə "Meta"nın saxta reklamların sayını azaltmaq niyyəti göstərilsə də, digər materiallar onların qəfil silinməsinin maliyyə göstəricilərinə mümkün təsiri ilə bağlı şirkətin narahatlığı ifadə olunub.
"Meta" sözçüsü, şirkətin saxta reklamlarla "aqressiv" mübarizə apardığını söyləyib. O, 10%-lik qiymətləndirmənin "kobud və həddən artıq geniş" olduğunu və sonrakı təhlillərin reklamların əhəmiyyətli bir hissəsinin qaydaları pozmadığını göstərdiyini deyib. O, həmçinin vurğulayıb ki, sızan sənədlər şirkətin problemi qiymətləndirmək üçün gördüyü işin yalnız bir hissəsini göstərir, onun həlli üçün atdığı addımların hamısını deyil.
Adəm
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)









.jpg)









.jpg)









