İKT
Durov bunu da bacardı - Fransa hakimiyyəti GERİ ÇƏKİLDİ
"Telegram"ın təsisçisi Pavel Durov Fransadan çıxışını məhdudlaşdıran məhkəmə nəzarətinin ləğvinə nail olub.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" və AFP mənbələrə istinadla məlumat yayıb.
Fransa hakimiyyətinin 10 noyabrda qəbul etdiyi qərara əsasən, Durov yenidən sərbəst şəkildə ölkədən çıxa bilər və artıq yerli polis idarəsində mütəmadi qeydiyyatdan keçməyə məcbur deyil.
Pavel Durov 2024-cü ilin avqustunda Fransada saxlanılmışdı. Ölkə hakimiyyəti "Telegram"ın təsisçisini səlahiyyətli orqanların sorğularına cavab verməkdən imtina etməkdə, haker proqramlarının və azyaşlıların pornografik xarakterli təsvirlərinin yayılmasında iştirak etməkdə, həmçinin cinayət yolu ilə əldə olunmuş pulların yuyulmasında ittiham etmişdi.
Durova Fransadan hüquq-mühafizə orqanlarının icazəsi olmadan çıxmaq qadağan edilmişdi. O, BƏƏ vətəndaşı olduğu üçün Dubaya səfərlər üçün belə icazə almışdı. Bununla yanaşı, Paris prokurorluğu onun ABŞ və Norveçə səfər etmək üçün müraciətlərini rədd edirdi.
Hüseyn İbadlı
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)









.jpg)









.jpg)









