İKT
İkiotaqlı mənzil qiymətinə HƏDİYYƏ - "Telegram Plane" görün neçəyə satıldı
"Telegram" messencerində yeni hədiyyə üçün hərracın birinci raundu başa çatıb.
Publika.az "SHOT" "Telegram" kanalına istinadla xəbər verir ki, "Telegram Plane"nin NFT animasiya şəklinin son qiyməti 18 milyon rubla çatıb.
“Moskvada ikiotaqlı mənzilin qiymətinə hədiyyə indicə "Telegram"da hərracda satılıb”, – yazı müəllifləri bildiriblər.
"Telegram Plane" şəklinin kanadalı sahibkar Ceyson Faloviç tərəfindən alındığ bildirilir.
Bundan əvvəl messencerin təsisçisi Pavel Durov "Telegram"ın hekayələrdə canlı yayımları və hədiyyə vermək imkanlarını sınaqdan keçirməyə başladığını açıqlamışdı. Məşhurların hədiyyələrinin satışına başlamazdan əvvəl platforma eksklüziv rəqəmsal təyyarəni lotereyaya keçirmək qərarına gəlib.
Təsisçinin sözlərinə görə, lotereya 50 raunddan ibarət olacaq və birinci yeri tutan 20 qalibin hər birinə 20 "Telegram Plane" veriləcək. Birinci raund 60 dəqiqə, qalan turlar isə hər biri beş dəqiqə davam edəcək. Hərrac saat 19:35 radələrində başlayıb. İştirak etmək üçün sizə messencerin ən son versiyası lazımdır.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)







.jpg)













.jpg)








