İKT
BDT rəhbəri: Azərbaycanda qonağa tanrının əmanəti kimi baxırlar!
Azərbaycan bugün rəqəmsal körpü rolunu oynayır. Bugün biz məkan və zaman daxilində yeni bir körpü qururuq – kosmosa doğru. Gənclərin Beynəlxalq Kosmik Stansiyadakı astronavtlarla birbaşa əlaqə qurması buna parlaq nümunədir. Bu, gənclərə böyük xəyallar qurmaq imkanı verir və göstərir ki, heç nə qeyri-mümkün deyil. Gənclərin enerjisi bizi yenidən gücləndirir.
Publika.az xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosunun (BDT) direktoru Cosmas Zavazava Bakıda keçirilən “Qlobal Gənclər Günü”nün açılışında deyib.
O bildirib ki, sabah start götürəcək Ümumdünya Telekommunikasiya İnkişaf Konfransı (WTDC) dörd ildən bir keçirilən və inkişaf sektorunun ən yüksək səviyyəli tədbiridir: “Biz bu gün bünövrə qoyur, gənclər isə üzərində öz arzularından qala tikirlər. Bu tədbir göstərdi ki, Azərbaycan təkcə coğrafi deyil, həm də ideyaların, texnologiyaların, nəsillərin birləşməsi baxımından mühüm körpü rolunu oynayır. Bu fürsəti yaratdığı üçün Azərbaycana təşəkkür edir və bu təcrübənin davamlı olmasını arzulayıram”.
Cosmas Zavazava gənclərin müxtəlif ölkələrdən, xüsusən də inkişaf etməkdə olan, ada dövlətlərindən və ən az inkişaf etmiş ölkələrdən gəlməsinin mühüm imkanlar yaratdığını vurğulayıb. “Bu gün zəngin qlobal fikir mübadiləsi üçün unikal fürsətdir,” – deyə o qeyd edib.
Direktor, həmçinin Azərbaycan hökumətinin misilsiz qonaqpərvərliyini yüksək qiymətləndirib:“Azərbaycanın qonaqpərvərliyini xüsusi vurğulamaq istəyirəm. Bilirəm ki, burada “Qonaq Tanrının əmanətidir” deyirlər. Məhz bu düşüncə tədbirin təşkilində özünü göstərir. Bizə bu gözəl şəraitin təmin olunması, gənclərin və astronavtların bir araya gəlməsi üçün yaradılan şərait hamımızda dərin minnətdarlıq hissi yaradır”.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)







.jpg)













.jpg)








