İKT
"Google" daha güclü neyron şəbəkəsini TƏQDİM ETDİ
Google "Gemini 3 Pro" dil modelini və yeni agent platforması "Antigravity"ni təqdim edib.
Publika.az xəbər verir ki, bu platforma süni intellekt agentləri vasitəsilə tapşırıqların yaradılması və icrasına yönəlib. Yeniliklər həm "Google AI" məhsullarının abunəçilərinə, həm də pulsuz tarifdən istifadə edən bəzi istifadəçilərə açıq olub.
Şirkətin məlumatına görə, "Gemini 3 Pro"nun önizləmə versiyası əsas göstəricilər üzrə "Gemini 2.5 Pro"dan xeyli üstün nəticələr göstərib və geniş spektrli mürəkkəb tapşırıqları həll edə bilir. Korporasiya vurğulayıb ki, model sadəcə istifadəçinin gözlədiyi cavabları deyil, “lazımi məlumatı” təqdim etməyə fokuslanır.
Axtarışdakı "AI Mode" da yeni model açılan menyu vasitəsilə əlçatandır. "Google" bildirir ki, sistem sorğunun formulyasiyasını daha yaxşı təhlil edir və daha interaktiv, dəqiq cavablar formalaşdırır. Yaxın vaxtlarda "Gemini 3 Pro" ABŞ-dakı bütün istifadəçilərə açılacaq, "Google AI Pro" və "Ultra" abunəçilərinə isə artırılmış limitlər veriləcək.
"Gemini" tətbiqində "Gemini 3 Pro"dan istifadə cavabların keyfiyyətini yüksəldib və "Canvas"da yaradılan tətbiqlərin funksionallığını artırıb. Aktivləşdirmək üçün “Thinking” rejimini seçmək lazımdır. "Google AI Plus", Pro və Ultra tariflərinin istifadəçiləri modeldən daha geniş limitlərlə yararlana biləcəklər.
Şirkət həmçinin genişləndirilmiş mühakimə rejimi - "Gemini 3 Deep Think"i təqdim edib. O, “Son insan imtahanı”, təbiət elmləri üzrə GPQA Diamond və ARC-AGI-2 daxil olmaqla bir sıra testlərdə daha yüksək nəticələr göstərib. Hazırda yalnız təhlükəsizlik testçilərinə açıqdır, lakin yaxın həftələrdə Google AI Ultra abunəçilərinə də təqdim olunacaq.
Eyni zamanda Google "Antigravity" adlı inteqrasiya olunmuş inkişaf mühitini təqdim edib. Bu mühit Sİ agentlərinin istifadəçi adından tapşırıqları yerinə yetirməsinə və kod yoxlaması aparmasına imkan verir. Platforma ictimai önizləmə versiyasında pulsuz əlçatandır.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)







.jpg)













.jpg)








