İKT
"Azercell" Beynəlxalq Robot Olimpiadasının Azərbaycandakı rəsmi sponsoru oldu
Mobil operatorun dəstəyi ilə gələcəyin texnologiya mütəxəssisləri “RobotChallenge”də yarışacaq.
Publika.az xəbər verir ki, "Azercell" ölkədə innovasiya və texnoloji bacarıqların inkişafını təşviq edən daha bir layihəyə dəstək verir. Mobil operator dünyanın ən böyük və nüfuzlu robototexnika yarışlarından biri hesab olunan Beynəlxalq Robot Olimpiadasının (“RobotChallenge”) Azərbaycandakı rəsmi sponsorlardan biri qismində çıxış edəcək. Bu əməkdaşlıq çərçivəsində "Azercell" 2026-ci ildə keçiriləcək ölkə üzrə milli seçim mərhələsinin təşkilini dəstəkləyəcək.
Yarışa qeydiyyat Proqramlaşdırma üzrə (onlayn formatda) 18 fevral 2026-ci il, Robototexnika üzrə isə 25 mart 2026‑cı il tarixlərinədək açıqdır.
2004-cü ildən etibarən keçirilən bu qlobal texnologiya festivalı hər il 80-dən çox ölkədən minlərlə gənc mühəndis və proqramçıları bir araya gətirir. Layihənin əsas məqsədi robototexnika sahəsinə marağı artırmaq, STEAM yönümlü biliklərə malik məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Seçim turunda yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində baş tutacaq beynəlxalq finalda təmsil edəcək.
“RobotChallenge 2026” üzrə ətraflı məlumat almaq və yarışmaya qatılmaq istəyən məktəblilər və komandalar www.robotchallenge.az ünvanına müraciət edə bilərlər.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)





.jpg)














.jpg)







