İKT
İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
Amerikalı milyarder, sahibkar İlon Maska məxsus "X" sosial şəbəkəsi cərimələnib.
Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, platforma 120 milyon avro (təxminən 140 milyon dollar) məbləğində cərimə olunub.
Buna səbəb isə "X"in kontent moderasiyası barədə Aİ qanununu pozmasıdır.
Qərarda deyilir ki, "Avropa Komissiyasının gəldiyi qənaətə görə, "X"dəki "mavi nişan" ödənişli simvolu istifadəçiləri çaşdırır, platforma araşdırmaçıların məlumatlara çıxışını məhdudlaşdırır". Platforma həm də müvafiq reklam yerləşdirilməsini təmin etməyib.
ABŞ dövlət katibi Marko Rubio Avropa Komissiyasının qərarını Amerika xalqına zərbə adlandırıb.
"Avropa Komissiyasının 140 milyon dollarlıq cəriməsi sadəcə xarici hökumətlərin "X" sosial şəbəkəsinə qarşı hücumu deyil, bu həm də Amerikanın texnoloji platformalarına və xalqına yönəlmiş hücumdur. İnternetdə Amerikanın senzura dövrü artıq keçib", - deyə dövlət katibi qeyd edib.
Ləman
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)





.jpg)














.jpg)







