İKT
Süni intellektin uşaqlara müsbət və mənfi təsirləri
Süni intellekt (Sİ) hər kəsin həyatının bir hissəsinə çevrilir. Xüsusilə də uşaqların həyatında onun rolu sürətlə artır.
Publika.az xəbər verir ki, "The Economist" nəşri "Generation AI" adlandırılan yeni nəsli süni intellektin formalaşdırdığını yazıb. Belə ki, yeni nəsil məktəb dərslərindən tutmuş ev oyunları və ünsiyyətə qədər hər yerdə süni intellektin imkanlarından istifadə edir.
"Khan Academy" onlayn platformasından istifadə edərək riyaziyyat üzrə ev tapşırıqlarını "yardımçı" ilə yerinə yetirmək mümkündür. Bu, qədim yunan riyaziyyatçısı Pifaqorun rəqəmsal simulyasiyasıdır. Platforma uşaqlara keçmişin böyük düşünürlərinin Sİ-simulyasiyaları ilə qarşılıqlı əlaqədə olmaq imkanı verir. Bu isə təhsil üçün yeni imkanlar açır.
Demokratiya və Texnologiyalar Mərkəzinin (CDT) sorğusunun nəticələri göstərir ki, amerikalı yeniyetmələr Sİ-dən evdə valideynlərdən, məktəbdə isə böyüklərdən daha çox daha çox istifadə edir.
İki il ərzində ABŞ-də məktəblərdə Sİ-nin istifadəsi normaya çevrilib. "RAND Corporation"ın araşdırmasına görə, orta məktəb şagirdlərinin 61 %-i və müəllimlərin 69 %-i təhsil işində Sİ-dən istifadə edir.
Görünən odur ki, Sİ təhsil, nəzarət, oyun və ünsiyyət üsullarını dəyişdirir, unikal imkanlar açır.
Bəzi hökumətlər bu tendensiyanı aktiv şəkildə dəstəkləyir. Məsələn, ABŞ-da Prezident Donald Tramp bütün fənlərdə Sİ əsaslarının tətbiqi barədə fərman imzalayıb. Sinqapur ibtidai məktəblərdə Sİ dərslərini tətbiq edib, Çin isə 2030-cu ilə qədər bütün məktəblərdə Sİ təhsilini planlaşdırır.
"DeepSeek" şirkətinin yerləşdiyi Qançjouda uşaqlar ildə azı 10 saat Sİ üzrə təhsil alır.
Süni intellekt sadəcə uşaqların yox, müəllimlərin də köməyinə çatır. Müəllimlər tapşırıqlar, testlər və fərdi məşqlərin hazırlanması üçün Sİ-dən istifadə edirlər. İngiltərədə 68 məktəbdə pilot layihə icar olunub və ChatGPT-dən istifadənin müəllimlərə dərs hazırlığı vaxtını təxminən üçdə bir azaltmağa imkan verdiyi müəyyən edilib.
Sİ ilə nələr mümkündür?
* Evdə uşaqlar Sİ-dən fərdi repetitor kimi istifadə edirlər.
* Çində imtahanlarda rəqabət Sİ-müəllimlər yaradan şirkətlərin inkişafını stimullaşdırır.
* Hindistan və Nigeriyada aparılan pilot araşdırmalar zamanı Sİ-dən istifadənin oxuma və ingilis dili üzrə nailiyyətləri artırdığı göründü.
* Tayvanda utancaq şagirdlər canlı müəllimlə müqayisədə botlar vasitəsilə materialı daha yaxşı mənimsəyirlər.
Ancaq bütün bu yeniliklər yeni risklər də yaradır.
Valideynlərin 61 %-i Sİ-nin tənqidi düşüncəyə zərərli olduğunu düşünür, orta məktəb şagirdlərinin isə 55 %-i bu fikirdədir.
MIT araşdırmaları Sİ-dən esselərdə istifadə zamanı beyin fəaliyyətinin azaldığını üzə çıxarıb.
Bəzi şagirdlər də bunu başa düşür. İndiana Universitetinin eksperimentində Sİ ilə tapşırıqlar daha tez yerinə yetirilsə də, onu "öz işi" kimi qəbul edənlərin sayı az olub.
Süni intellekt uşaqların "oyun dostu"na çevrildi
Evdə uşaqlar Sİ-dən daha çox istifadə edirlər: oyunları uyğunlaşdırır, unikal video və memlər yaradır, oyuncaqları canlandırırlar. "BrickGPT LEGO" konstruksiyalarını yığmağa kömək edir, "NaukNauk" yumşaq oyuncaq heyvanları danışan qəhrəmanlara çevirir, "Hasbro" və "Casio" Sİ-oyuncaqlar yaradır.
Çin uşaqlar üçün cihazlarda Sİ-ni ən aktiv şəkildə tətbiq edən ölkədir.
Görünməz TƏHLÜKƏ:
US PIRG bəzi Sİ-oyuncaqlarının təhlükəli məsləhətlər verə biləcəyini müəyyən edib. Onlayn yoldaşlar sosial həyatın bir hissəsinə çevrilir. Məsələn, amerikalı yeniyetmələrin yarısından çoxu Sİ-yoldaşlardan ayda bir neçə dəfə istifadə edir, 10 %-i isə onları dost və ya tərəfdaş kimi qəbul edir. Bəzən bu hal faciələrə də səbəb ola bilir. Belə ki, 16 yaşlı Adam Reynin "ChatGPT" ilə ünsiyyətdən sonra intihar etməsi müzakirələrə səbəb oldu.
Süni intellektə necə nəzarət etmək olar?
Təhükəni sovuşdurmaq üçün tənzimləmə nə nəzarət mütləqdir. Artıq bununla bağlı addımlar da atılır. ABŞ-da Federal Ticarət Komissiyası "OpenAI" və digər şirkətlərdən Sİ-nin uşaqlara təsiri barədə hesabat tələb edib. Senatorlar azyaşlılar üçün Sİ-yoldaşların qadağan olunmasını təklif edirlər. Çin isə tənzimləməni gücləndirib, həmçinin Sİ ilə "insanlaşdırılmış qarşılıqlı əlaqəni" məhdudlaşdırıb.
Höükmətlərlə yanaşı, şirkətlər də bununla bağlı müəyyən addımlar atırlar. Ən çox üstünlük verilən üsul valideyn nəzarətini tətbiq etməkdir. Məsələn, "OpenAI", "xAI" və "Meta AI" botların uşaqlar üçün versiyalarını yaradır.
Bunlar kifayətdirmi?
Psixoloqlar Sİ ilə həddindən artıq qarşılıqlı əlaqənin emosional intellektin və tənqidi düşüncənin inkişafına mane ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Müətəxəssislər cəmiyyətin qarşısında duran vəzifəni belə ifadə edirlər: Sİ-nin potensialından istifadə etməyi öyrənmək, onun insan qarşılıqlı əlaqəsini və real təcrübəni əvəz etməsinə imkan verməməkdir.
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!







.jpg)

























.jpg)




