İKT
Ağ Ev "TikTok" hesabı açdı
ABŞ Prezidenti Donald Trampın administrasiyası nazirlər kabinetinin fəaliyyətinə həsr olunmuş yeni TikTok hesabı yaradıb.
Publika.az xəbər verir ki, kabinetinin "TikTok" hesabı artıq aktivdir və verifikasiya nişanı ilə işarələnib. Hazırda hesabda üç video yerləşdirilib.
Bundan əvvəl Tramp Çin sədri Si Cinpinlə telefon danışığı zamanı bildirib ki, ABŞ Çinlə ticarət əməkdaşlığının inkişafına yardım etməyə ümid edir və "TikTok" ətrafındakı vəziyyətin tənzimlənməsi üçün ikitərəfli konsultasiyaları dəstəkləmək niyyətindədir. Öz növbəsində, Si Cinpin Pekinin bu məsələ ilə bağlı mövqeyinin dəyişməz qaldığını vurğulayıb: Çin şirkətlərin maraqlarına hörmət edir və danışıqların bazar prinsipləri əsasında aparılmasını alqışlayır.
Sentyabrın 25-də Tramp "TikTok"un ABŞ-da birgə müəssisənin nəzarətinə keçməsi barədə sazişi təsdiqləyib. Fərmana əsasən, sosial şəbəkə artıq ABŞ nümayəndələri tərəfindən idarə olunacaq və “heç bir xarici düşmən tərəfindən nəzarət edilməyəcək”. Çünki sosial şəbəkənin əvvəlki sahibi — Çin şirkəti "ByteDance Ltd." və onun filialları indi şirkət səhmlərinin 20 faizindən azına sahib olacaq.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)





.jpg)














.jpg)







