İKT
2025-ci ilin ən yaxşı kompüter oyunları AÇIQLANDI
"PC Gamer" redaksiyası 2025-ci ilin oyun ilinə yekun vuraraq kompüter üçün ən yaxşı layihələrin siyahısını açıqlayıb.
Publika.az xəbər verirki, bu il səsvermə formatı dəyişdirilib: sərt kateqoriya bölgüsü olmayıb və hər bir redaktor altıya qədər oyunu namizəd göstərə bilib.
"PC Gamer"in versiyasına görə “İlin oyunu” adına "Kingdom Come: Deliverance II" layiq görülüb. Redaksiya layihəni “əsl triumf” kimi xarakterizə edərək onun həm təcrübəli RPG həvəskarları, həm də yeni oyunçular üçün cəlbedici olduğunu vurğulayıb.
Jurnalistlər dərin rol sistemi, yaxşı işlənmiş yan tapşırıqları və oyun dünyası ilə qarşılıqlı əlaqəyə qeyri-standart yanaşmanı — alkimiyadan tutmuş mürəkkəb döyüş mexanikalarına qədər xüsusi qeyd ediblər. "PC Gamer Kingdom Come: Deliverance II"nin oyuna qərqetmə səviyyəsini kult RPG-lər olan "The Elder Scrolls III: Morrowind" və "The Elder Scrolls IV: Oblivion" ilə müqayisə edərək, oyunun onlarla, hətta yüzlərlə saat diqqəti cəlb edə bildiyini vurğulayıb.
Redaktorlar həmçinin digər kateqoriyalardakı bir sıra böyük və ixtisaslaşmış layihələri də qiymətləndiriblər. "Dispatch" "Ən Yaxşı Personajlar" kateqoriyasında, "Clair Obscur: Expedition 33" isə "Ən Yaxşı Hekayə" mükafatını qazanıb.
Ən yaxşı macəra oyunu "Old Skies", ən yaxşı immersiv simulyator "Skin Deep", ən yaxşı qorxu oyunu "Labyrinth of the Demon King", ən yaxşı “rahat” oyun "Promise Mascot Agency", ən yaxşı “roguelike” "Deep Rock Galactic: Survivor", ən yaxşı komediya "Baby Steps", ən yaxşı birinci şəxs şuteri "Battlefield 6", ən yaxşı ekşen oyunu "Hollow Knight: Silksong", ən yaxşı kooperativ oyun "Abiotic Factor", ən yaxşı çoxoyunçulu rejim "ARC Raiders" seçilib. Ən yaxşı dizayn mükafatına isə "Blue Prince" layiq görülüb.
Hüseyn İbadlı
-
Hadisə23:00Azərbaycanda zəlzələ oldu
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı








.jpg)








.jpg)

















.jpg)

