İKT
"TikTok" RAZILIQ VERDİ: ABŞ bölməsi bu tarixdə satılır
"TikTok" ABŞ-dakı əməliyyatlarını bir qrup amerikalı investorlara satmağa razılıq verib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Sazişin gələn il yanvarın 22-də bağlanması gözlənilir. Şərtlərə əsasən, "Oracle", "Silver Lake" və "Əbu- Dabidə yerləşən MGX şirkətləri "TikTok"un ABŞ-dakı törəmə şirkətinin 45%-nə birgə sahib olacaqlar. Ana şirkət "ByteDance" daha 20%-ni saxlayacaq və səhmlərin təxminən üçdə biri onunla əlaqəli investorlara veriləcək.
Sentyabr ayında ABŞ Prezidenti Donald Tramp Çin sosial şəbəkəsi olan "TikTok"un ABŞ-dakı nəzarətinin Amerika biznesinə verilməsini təsdiqləyən bir sərəncam imzalayın. Sənəddə ABŞ vətəndaşlarının yeni qurumda əksər pay və nəzarəti ələ alacağı nəzərdə tutulur. "ByteDance" 20%-dən az paya sahib olacaq, qalan mülkiyyət isə müəyyən investorlar arasında bölüşdürüləcək.
Yeni şirkət amerikalıların məlumatlarının qorunmasını və ölkənin təhlükəsizliyini təmin edən qaydalara uyğun olaraq formalaşdırılan direktorlar şurası tərəfindən idarə olunacaq. Yeni qurumun təxmini dəyəri təxminən 14 milyard dollardır.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)



















.jpg)







