İKT
Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
19 dekabr 2025-ci il tarixində "Naxtel" MMC-nin fəaliyyətinin dayandırılması və abunəçilərin digər mobil operatorlara miqrasiyası uğurla başa çatdırılıb.
Publika.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu genişmiqyaslı layihə Azərbaycan telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və bazar iştirakçılarının səmərəli əməkdaşlığı nəticəsində abunəçi məmnuniyyəti prinsipi əsasında həyata keçirilib.
Layihə çərçivəsində İKTA, "Naxtel", yeni abunəçiləri qəbul edən mobil operatorlar "Azercell" MMC, "Bakcell" MMC və "Azerfon" MMC, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC vahid əməliyyat komandası kimi fəaliyyət göstərərək texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün zəruri tədbirlər həyata keçiriblər. İKTA tərəfindən iştirakçılar arasında fasiləsiz kommunikasiya və operativ qərarvermə mexanizmi təmin olunub.
105 mindən çox "Naxtel" abunəçisinin digər mobil operatorların şəbəkələrinə keçidi müvəffəqiyyətlə həyata keçirilib və bu prosesin 15.01.2026-ci il tarixindək davam etdirilməsi planlaşdırılıb. Bu proses çərçivəsində abunəçilərin istifadəsində olan "060" prefiksli mobil nömrələr tam şəkildə qorunub saxlanılıb. Bu yanaşma abunəçilərin nömrə tanınmasının və gündəlik rabitə vərdişlərinin qorunmasına hədəflənib.
Bununla yanaşı, qəbul edən mobil operatorlar tərəfindən "Naxtel" abunəçiləri üçün xüsusi tarif paketləri tətbiq olunub, bu paketlərin formalaşdırılmasında abunəçilərin öyrəşdikləri tarif xərclərinin maksimum dərəcədə saxlanılması əsas götürülüb. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində telekommunikasiya infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, fəaliyyət göstərən mobil operatorlar tərəfindən ilkin mərhələdə 30-dan çox yeni baza stansiyasının quraşdırılması təmin olunub.
Miqrasiya prosesində ölkənin ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarının hər biri fəaliyyət istiqamətlərinə uyğun olaraq, texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsi üçün vahid komanda kimi fəaliyyət göstərib. Texniki proseslərin problemsiz gedişatı və yarana biləcək çətinliklərin operativ həlli üçün İKTA tərəfindən iştirakçılar arasında davamlı kommunikasiya təmin olunub.
Qeyd olunub ki, bütün proses boyu abunəçi hüquqlarının qorunması prioritet təşkil edib. Mobil operatorlar müştərilərlə aktiv ünsiyyət quraraq onları mərhələlər barədə məlumatlandırıb, İKTA isə bu prosesin şəffaflığını dəstəkləyib. Nəticədə, vətəndaşlar üçün keçid prosesi rahat və əlçatan olub.
Bu təcrübə Azərbaycanın telekommunikasiya bazarında operatorlar və tənzimləyici qurum arasında sağlam tərəfdaşlıq mühitinin mövcudluğunu, mürəkkəb və genişmiqyaslı layihələrin birgə səylərlə uğurla icra edilə biləcəyini nümayiş etdirir.
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi
-
Ekopublika.az17 İyul 19:00Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika
-
Elm və təhsil17 İyul 16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 17 İyul 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov










.png)


.jpg)
.webp)
























