İKT
"WhatsApp"dan növbəti yenilik: Hazırda sınaq mərhələsindədir
"WhatsApp" messencer kanallarının xüsusiyyətlərini daha interaktiv etmək üçün yeni addımlar atır. Bu yaxınlarda "Android" beta versiyasında başladılan viktorina yaratma xüsusiyyəti artıq "iOS" istifadəçiləri üçün sınaq mərhələsinə keçib.
Publika.az xəbər verir ki, "TestFlight" vasitəsilə yayımlanan ən son beta yeniləməsi ilə kanal adminləri izləyiciləri üçün interaktiv viktorinalar hazırlaya bilərlər.
Görünüşünə görə sorğulara bənzəyən bu struktur funksionallıq baxımından əhəmiyyətli bir fərq təqdim edir. Viktorina yaradarkən suallarla birlikdə düzgün cavabı da göstərmək lazımdır. Bu, kanallara sadəcə fikir toplamaq əvəzinə, bilikləri sınayan və ya əyləncəli yarışmalar şəklində olan məzmunu paylaşmağa imkan verir. Suallara vizual əlavə etmək imkanı da xüsusiyyətlər arasındadır.
"WhatsApp" həmçinin istifadəçi aktivliyini artırmaq üçün viktorinalarda iştirak edən izləyicilərə vizual rəy əlavə edib. Düzgün cavabı qeyd edən istifadəçilər ekranda animasiyası ilə qarşılanırlar. Səhv cavab verilərsə, düzgün seçim istifadəçiyə bildiriş kimi göstərilir.
Yaradılan testlərin nəticələri kanal administratorlarına ətraflı şəkildə təqdim olunacaq, lakin məxfilik qorunacaq.
Roza
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)



















.jpg)







