İKT
Maskın süni intellekti hamını soyundurur - Şəkillərinizi silin!
Amerikalı milyarder İlon Maskın ən qabaqcıl süni intellekt kimi təqdim etdiyi "Grok" pornoqrafik məzmun yaratmağa başlayıb.
Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Grok"dakı "təhlükəsizlik qüsurları" yetkinlik yaşına çatmayanların iştirak etdiyi pornoqrafik şəkillərin yaranmasına səbəb olub və bu şəkillər "X" sosial şəbəkəsində də dərc edilib.
Bəzi "X" istifadəçiləri "Grok"dan istifadə edərək başqalarının şəkillərini onların razılığı olmadan "soyundurur", onlara bikini geyindirir və ya tək bir əmrlə paltarlarını dəyişirlər. Bir çox "X" istifadəçisinin şəkilləri onların razılığı olmadan bu məqsədlər üçün istifadə olunub.
Şirkətin məlumatına görə, bütün qadağan olunmuş məzmun artıq silinib. "Grok"un "X" sosial şəbəkəsindəki səhifəsində mütəxəssislərin aşkar edilmiş zəiflikləri təcili olaraq düzəltmək üçün çalışdıqları da bildirilir.
Baş verənlər fonunda sosial şəbəkələrdə xüsusilə də qadınlar şəxsi şəkillərini silməyə başlayıblar.
İlon Mask isə məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, "Grok" AI modeli "xAI" tərəfindən hazırlanıb və 2023-cü ilin noyabr ayında təqdim edilib.
Ləman
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı






.jpg)



















.jpg)







