İKT
Vətəndaşlara XƏBƏRDARLIQ: 2000 manatadək cərimə oluna bilərsiniz - VİDEO
Sayt və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlər qadağan olunub. Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna edilən dəyişiklikləri təsdiqləyib.
Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməyəcək. Belə ki, əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunda təəssürat yaradan jestlərin edilməsi, eləcə də bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi ilə bağlı məlumatların yayılması qadağan olunur.
"Baku" TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. Vətəndaşlardan biri bildirib ki, sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən paylaşımlar onu ciddi şəkildə narahat edirdi:
"Belə paylaşımların olmaması daha yaxşıdır. İnsanlar etika çərçivəsində danışmalı və davranmalıdırlar".
Hüquqşünas Mircavid Miriyev qeyd edib ki, sözügedən əməllərə görə inzibati məsuliyyət müəyyən olunub. Onun sözlərinə görə, bu cür pozuntulara yol verən şəxslər barəsində 500 manatdan 1 000 manatadək cərimə tətbiq edilə bilər.
Eyni zamanda, işin hallarına və pozuntu törədənin şəxsiyyətinə görə bu tədbirlər kifayət hesab edilmədikdə 30 günədək inzibati həbs də nəzərdə tutulur. Zəruri hallarda inzibati həbsin müddəti 1 aydan 2 ayadək uzadıla bilər.
Bundan əlavə, həmin xətanı törətmiş və barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tərəfindən bu pozuntunun qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsi halında 1 000 manatdan 2 000 manatadək cərimə tətbiq ediləcək.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)




























