İKT
"Windows 11"də yaranan "ölümcül xəta" ARADAN QALDIRILDI
"Microsoft" şirkəti "Windows 11"də yaranmış xətanı düzəltdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "CMag" məlumat yayıb.
Sözügedən xəta səbəbindən bəzi kompüterlər normal bağlanma və ya yuxu rejiminə keçmək əvəzinə gözlənilmədən yenidən başlayırdı. Bu da problem yadda saxlanmamış məlumatların itirilməsinə səbəb olurdu və məhdud sayda istifadəçini əhatə edirdi.
Problemin KB5073455 yeniləməsi ilə bağlı olduğu bildirilib. Bu yeniləmə 13 yanvarda yayımlanmış, rəsmi təsdiq isə 16 yanvarda "Windows"un hesabatında verilib. Xəta yalnız "Windows 11 Enterprise" və "IoT" versiyalarında, "Secure Launch" təhlükəsizlik funksiyası aktiv olduqda müşahidə olunurdu.
Səbəb sistemin işə salınması zamanı "Dynamic Root of Trust for Measurement" texnologiyasından istifadə edən qoruma mexanizminin düzgün işləməməsi idi. Nəticədə kompüteri söndürmək əvəzinə sistem yenidən başlamış olurdu. "Microsoft" final düzəliş çıxana qədər istifadəçilərə əməliyyat sistemini xüsusi komanda vasitəsilə bağlamağı tövsiyə etmişdi.
Şirkət qeyd edib ki, problemli qurğular üçün başqa müvəqqəti həll yolları mövcud deyil və istifadəçilər düzəlişi gözləməli idilər. İndi "Microsoft" xətanın aradan qaldırıldığını təsdiqləyib və kompüterlərin normal bağlanması və yuxu rejimi funksiyaları bərpa olunub.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)




























