İKT
"WhatsApp"da bütün mesajlarımız oxunur? - ŞOK İDDİA
Beynəlxalq iddiaçılar qrupu, şirkətin istifadəçilərin "WhatsApp" mesajlarına girişi ilə bağlı "Meta Platforms Inc."ə qarşı məhkəmə iddiası qaldırıb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb .
İddiaçılar ABŞ-ın San-Fransisko dairə məhkəməsində "Meta"ya qarşı müraciət edib. Onlar şirkətin "WhatsApp" istifadəçilərinin şəxsi mesajlarına çıxış imkanı olması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Məlumata görə, "WhatsApp" end-to-end şifrələmə istifadə edir və bu zaman mesajlar yalnız göndərən və alan şəxslər üçün əlçatandır. Lakin iddiaçılar "Meta"nın məxfiliklə bağlı verdiyi açıqlamaların yalan olduğunu bildirirlər. Onların fikrincə, "Meta" və "WhatsApp" istifadəçilərin şəxsi yazışmalarını saxlayır, analiz edir və faktiki olaraq bütün mesajlara çıxış əldə edə bilir, bu səbəbdən də şirkət və rəhbərləri dünya üzrə milyardlarla istifadəçini aldadaraq maliyyə məqsədilə istismar etməkdə ittiham olunur.
"Meta" şirkətinin nümayəndəsi isə iddianı əsassız adlandıraraq bildirib ki, şirkət iddiaçıların vəkillərinə qarşı sanksiyaların tətbiqi üçün mübarizə aparacaq.
İddiaçı qrupuna Avstraliya, Braziliya, Hindistan, Meksika və Cənubi Afrika nümayəndələri daxildir. Onlar hesab edirlər ki, "Meta" istifadəçilərin yazışmalarının məzmununu saxlayır və şirkət əməkdaşları ona çıxış əldə edə bilər. Şikayətdə həmçinin məlumatları açıqlamağa kömək edən məlumatlandırıcılar qeyd olunur, lakin onların kimliyi açıqlanmır.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)




























