İKT
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
Sosialyönümlü təşəbbüsləri ilə seçilən “Nar” “Biz Hamımız Birik” adlı yeni DEIB (Müxtəliflik, Bərabərlik, İnklüzivlik və Mənsubiyyət) strategiyası çərçivəsində bərabər və inklüziv mühitin formalaşdırılması istiqamətində fəaliyyətini genişləndirir. Strategiyanın əsas məqsədi mobil xidmətlərin əlilliyi olan şəxslər üçün daha əlçatan olmasını təmin etməkdir.
Layihə çərçivəsində “Nar”ın müştəri mərkəzlərinin əməkdaşları eşitmə məhdudiyyətli abunəçilərə jest dilində xidmət göstərməyə başlayıblar. Bu təşəbbüs müştəri mərkəzlərində ünsiyyətin keyfiyyətini artırmağa və xidmətin hər kəs üçün əlçatan olmasına töhfə verir.
Bundan əlavə, ötən ildən etibarən əlilliyi olan şəxslərin rahatlığı üçün “Nar” ofislərində növbədənkənar xidmət təqdim olunur. Həmçinin “Elmlər Akademiyası” və “Memar Əcəmi” müştəri mərkəzləri əlil arabası istifadəçiləri üçün tam uyğunlaşdırılıb, giriş-çıxış yolları və infrastruktur bu şəxslərin rahat hərəkətini təmin edəcək şəkildə yenidən qurulub.
Qeyd edək ki, inklüziv cəmiyyətin təşviqi məqsədilə “Nar” 2021-ci ildə ilk onlayn işarə dili lüğəti olan jestdili.az saytı təqdim edib. Bu təşəbbüsün davamı olaraq, bu dili daha rahat şəkildə öyrənməyə imkan yaradan jest dili mobil tətbiqi də tezliklə istifadəyə veriləcək.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)




























