İKT
Süni zəka teleaparıcılarımız barədə nə dedi? - Monitorinq
Ötən ilin dekabr ayında 14 telekanalın aparıcıları Azərbaycan dilində qarşılığı olan 33 xarici sözü 1366 dəfə istifadə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında olan 14 telekanalın efiri süni zəka əsaslı proqram vasitəsilə monitorinq olunub:
"Monitorinq zamanı bədii filmlər, seriallar, tamaşalar və digər bədii əsərlər, həmçinin xarici vətəndaşların çıxışları nəzərə alınmayıb. Xüsusilə, ən çox rast gəlinən xarici sözlərin istifadəsi yoxlanılıb. Daha sonra həmin sözlərin siyahısı AMEA-nın Dilçilik İnstitutuna təqdim edilib. Onların həqiqətən xarici söz kimi Azərbaycan dilində qarşılığının olub-olmamasının bildirilməsi istənilib. Dilçilik İnstitutunun rəyinə əsasən, 33 söz Azərbaycan dilində qarşılığı olan xarici söz kimi müəyyənləşib".
Şura televiziya yayımçılarına monitorinqin nəticələrini ciddi nəzərə almağı və bu istiqamətdə redaksiya nəzarətini gücləndirməyi tövsiyə edib:
"Əgər növbəti monitorinq zamanı Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə hallarında tendensiya azalmayacağı təqdirdə, qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri tətbiq ediləcək".
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)




























