İKT
NVIDIA qiymətləri artırdı, satışlar kəskin azaldı
NVIDIA qrafik kartlarının qiymətlərinin kəskin artması pərakəndə satışlara təsir göstərməyə başlayıb və tələbatın azalmasına səbəb olub.
Publika.az xəbər verir ki, Alman pərakəndə satış şirkəti "Mindfactory"nin həftəlik statistikasına görə, ötən həftə 8GB və 16GB yaddaş versiyalarında yalnız 20 ədəd RTX 5060 Ti qrafik kartı satılıb. Daha bahalı model isə alıcı tapmayıb. Bir ay əvvəl bu modelin həftəlik satışları təxminən 200 ədədə çatırdı.
Hazırda AMD qrafik kartlarına tələbat artıb. Məsələn, son bir həftə ərzində 230 ədəd Radeon RX 9060 XT qrafik kartı satılıb. Ümumilikdə, güc balansı AMD-nin xeyrinə dəyişib. Həftənin sonunda qrafik kart satışları üzrə bazarda onun payı 62,7%, NVIDIA-nın payı isə 34,2% təşkil edib. Bir ay əvvəl bazar payının bölgüsü fərqli idi: AMD satışların 55,3%-ni, NVIDIA 40,8%-ni əhatə edirdi.
Ləman
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)




























