İKT
2026-cı ildə dünyanı real TƏHLÜKƏ gözləyir - Süni intellektlə bağlı XƏBƏRDARLIQ
Süni intellekt startapı "Anthropic"in rəhbəri Dario Amodei bildirib ki, bəşəriyyət “bir növ olaraq kimliyimizin sınandığı” yeni və riskli süni intellekt inkişaf mərhələsinə qədəm qoyur.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, dünya bu risklərə qarşı daha ayıq olmalıdır.
Məşhur “Claude” çatbotunun yaradıcısı və şirkətin həmtəsisçisi olan Amodei narahatlıqlarını 19 min sözdən ibarət “Texnologiyanın yeniyetməliyi” adlı essesində ifadə edib. O, yüksək güclü süni intellekt sistemlərinin ortaya çıxmasını potensial olaraq qaçılmaz proses kimi dəyərləndirib:
“İnanıram ki, biz həm mürəkkəb, həm də qaçılmaz bir keçid mərhələsinə daxil oluruq. Bu mərhələ bir növ olaraq kim olduğumuzu ciddi şəkildə sınağa çəkəcək”, – deyə Amodei yazıb.
O vurğulayıb ki, 2023-cü ildə süni intellektin yaratdığı ekzistensial risklər siyasi gündəmi zəbt etsə də, 2026-cı ildə dünya artıq “real təhlükəyə xeyli yaxın” olacaq.
Amodei həmçinin, İlon Maska məxsus Grok süni intellekt sistemi ətrafında yaranan qalmaqallara, o cümlədən cinsiləşdirilmiş deepfeyklər və uşaqlara qarşı cinsi istismar materiallarının yaradılması ilə bağlı xəbərdarlıqlara diqqət çəkib.
"Anthropic" rəhbəri “güclü süni intellekt” anlayışını biologiya, riyaziyyat, mühəndislik və yazı kimi sahələrdə Nobel mükafatı laureatından daha üstün intellektual imkanlara malik model kimi təsvir edib. Onun sözlərinə görə, bu cür sistemlər insanlara istiqamət verə, onlardan öyrənə, kompüter mühitində fəaliyyət göstərməklə yanaşı, robotları idarə edə və hətta öz ehtiyacları üçün yeni robotlar dizayn edə bilər.
Qeyd edək ki, Dario Amodei 2021-ci ildə ChatGPT-ni inkişaf etdirən OpenAI-ın bir qrup keçmiş əməkdaşı ilə birlikdə Anthropic şirkətini təsis edib. Süni intellekt təhlükəsizliyi sahəsində tanınmış simalardan olan Amodei nəzarətsiz AI inkişafının yaratdığı risklər barədə mütəmadi xəbərdarlıqları ilə tanınır.
(Trend)
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)




























