İKT
FTB məşhur haker forumunu BAĞLADI
ABŞ-ın hüquq-mühafizə orqanları açıq şəkildə şantaj proqram təminatının (ransomware) təbliğ olunduğu azsaylı platformalardan biri hesab edilən RAMP haker forumunun fəaliyyətini dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə Haker.ru məlumat yayıb.
Bildirilib ki, resurs zərərli proqramların alqı-satqısı, haker xidmətlərinin göstərilməsi və şantaj sxemlərində iştirak üçün tərəfdaşların tapılması məqsədilə istifadə olunurdu.
2026-cı ilin yanvar ayının sonunda forumun həm əsas saytı, həm də "Tor" şəbəkəsindəki versiyası əlçatmaz olub və səhifədə müsadirə barədə bildiriş görünməyə başlayıb. Məlumatda qeyd olunur ki, əməliyyat Federal Təhqiqat Bürosunun (FTB) ABŞ-ın Florida ştatının Cənub dairəsi üzrə prokurorluğu və Ədliyyə Nazirliyinin kompüter cinayətləri bölməsi ilə birgə iştirakı ilə həyata keçirilib.
Rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməsələr də, domenin DNS qeydləri FTB tərəfindən internet resurslarının müsadirəsi zamanı istifadə olunan ns1.fbi.seized.gov və ns2.fbi.seized.gov serverlərinə yönləndirilib. İstintaqçıların forumun istifadəçi bazalarına və daxili məlumatlarına çıxış əldə edib-etmədiyi hələ məlum deyil.
Platformanın müsadirə edildiyini XSS forumunda "Stallman" ləqəbli RAMP-ın keçmiş administratoru da təsdiqləyib. O bildirib ki, hakimiyyət orqanları resursa nəzarəti ələ alıb və bu, forumun yaradılması üzərində apardığı çoxillik işə son qoyub. Onun sözlərinə görə, bağlanma riski əvvəldən gözlənilən idi.
RAMP forumu 2021-ci ilin iyulunda fəaliyyətə başlayıb. Bu, bir sıra iri rusdilli haker forumlarının "DarkSide" qruplaşmasının "Colonial Pipeline" şirkətinə hücumundan sonra Qərb hüquq-mühafizə orqanlarının təzyiqi fonunda şantaj proqramlarının reklamını qadağan etməsindən sonra baş verib.
Hüseyn İbadlı
-
Nəqliyyat21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
















.jpg)

.png)


















