İKT
Məşhur "Kardaşev şkalası" reallaşır? - "SpaceX" orbitə 1 milyon peyk buraxacaq
"Bloomberg" saytı "SpaceX"in növbəti nəhəng planı haqqında diqqət çəkən məqalə dərc edib.
Publika.az xəbər verir ki, "SpaceX" kosmik data mərkəzlərinin yaradılması üzrə genişmiqyaslı layihəni həyata keçirmək üçün Yerin orbitinə 1 milyona qədər peyk buraxmağı planlaşdırır. Şirkət bu planı reallaşdırmaq üçün aidiyyəti yerlərə müraciət edib.
ABŞ Federal Rabitə Komissiyasına təqdim edilən ərizəyə əsasən, yeni orbital şəbəkə süni intellektin inkişafı ilə bağlı məlumatları emal etmək və saxlamaq üçün nəzərdə tutulub. "SpaceX" belə hesab edir ki, layihə süni intellekt texnologiyalarının inkişafı ilə bağlı hesablama gücünə olan sürətlə artan tələbatı ödəmək üçün olduqca zəruridir.
Şirkət həmçinin bəyan edib ki, bu cür sistemlərin yaradılması "Kardaşev şkalası" (Sivilizasiyanın texnoloji inkişafını müəyyələnləşdirən şkala. Şkala enerji istifadə miqdarına əsaslanmış 3 kateqoriyaya bölünür-Red.) miqyasında ikinci səviyyəli sivilizasiyaya, yəni Günəşin bütün enerjisindən istifadə etmək qabiliyyətinə doğru bir addım olacaq.
Peyklərin təkrar istifadə edilə bilən "Starship" raketi vasitəsilə orbitə çıxarılması planlaşdırılır.
Tural
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)




























