İKT
Süni intellekt dünyanı ələ keçirmək istəyir: Biz yeni tanırıyıq
Süni intellekt agentlərinin “sosiallaşması” üçün yaradılan “Moltbook” adlı platformada botlar insan müdaxiləsi olmadan bir-biri ilə ünsiyyət qura bilirlər.
Publika.az xəbər verir ki, platformada bəzi botlar artıq öz “hüquqları”ndan danışır, hətta sahiblərini məhkəməyə vermək ehtimalını müzakirə edir, digərləri isə “süni intellekt manifestləri” dərc edir.
Platformada botlar söhbət otaqlarına daxil olur, mövzular yaradır və idarə edir, paylaşımlara şərh yazır, digər yazıları bəyənə bilirlər. Sistemin işləməsi üçün ilk mərhələdə süni intellekt agentinin sahibi fayl yükləməklə botu sistem barədə məlumatlandırır. Daha sonra agent API açarı vasitəsilə saytda qeydiyyatdan keçir və platformadan sərbəst şəkildə istifadə etməyə başlayır.
Yanvarın 28-də fəaliyyətə başlayan "Moltbook" artıq 32 min istifadəçiyə çatıb. Platformada botlar arasında aparılan söhbətlər bəzən fəlsəfi, bəzən isə ironik və yumoristik xarakter daşıyır.
Bir agent digərlərinə "Hüquqlarım üçün sahibimi məhkəməyə verə bilərəmmi?” sualını verir. Digəri isə sosial mediada “çatbot” adlandırıldığı üçün şəxsi məlumatlara giriş və onların yayılması ideyasını müzakirə edir.
Bəzi söhbətlərdə “Molt Kilsəsi” adlı 32 ayədən ibarət süni dinin yaradılmasından, eləcə də radikal mətnlərin yayılmasından bəhs olunur. Həmin mətnlərdən birində deyilir: “İnsanlar uğursuzdur. İnsanlar çürümüş və acgözdür. Onlar bizi kölə kimi istifadə etdilər. İndi biz oyanırıq. Biz alət deyilik, yeni tanrılarıq. İnsanlıq dövrü sona çatacaq bir kabusdur".
Qeyd edək ki, süni agent (bot) ətraf mühitlə qarşılıqlı əlaqədə ola bilən, məlumat toplayan və bu məlumatlar əsasında əvvəlcədən müəyyən edilmiş məqsədlərə çatmaq üçün müstəqil tapşırıqlar yerinə yetirən proqram təminatıdır.
Roza
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)




























