İKT
"Google" ilə bağlı araşdırma başladıldı
Türkiyə Rəqabət Qurumu "Google" ilə bağlı araşdırma başladıb.
Publika.az xəbər verir ki, qurumun açıqlamasına görə, "Google"a qarşı Rəqabətin Qorunması haqqında 4054 saylı Qanunun 40-cı maddəsi ilə araşdırma başlatmaq qərarı verilib.
İstintaq "Google" ilə mobil cihaz istehsalçıları arasında formalaşan mövcud müqavilə strukturunun rəqabət qanunvericiliyinin yeni pozuntularına səbəb olub-olmadığına diqqət yetirir.
Qurum tərəfindən araşdırılacaq əsas iddialara "Google searching" tətbiqi üçün faktiki eksklüzivlik effekti, "Google Chrome" və "Google Voice Assistant" kimi xidmətlər vasitəsilə "Google searching"ə verilən standart üstünlük və "Chrome" brauzerinə müxtəlif imtiyazların verilməsi daxildir.
Bundan əlavə, "Android" tətbiqi tərtibatçılarına aid olan "Android" Tərtibatçı Doğrulama Proqramı çərçivəsində "Google" tərəfindən edilən son siyasət dəyişiklikləri də araşdırılacaq.
Roza
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)











.jpg)
















