İKT
İlon Maskdan inqilabi addım - Mobil operatorların dövrü bitir?
İlon Maskın "SpaceX" şirkəti peyk interneti biznesini genişləndirməyi, o cümlədən öz smartfonunu hazırlamağı planlaşdırır.
Publika.az "Reuters"ə istinadla xəbər vrir ki, şirkət mobil cihazların birbaşa peyklərə qoşulması və kosmik məkanın monitorinqi servisləri üzərində işləyir.
Mənbələrin bildirdiyinə görə, "Starlink" smartfonu birbaşa peyk şəbəkəsi ilə inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, internet trafikini ötürmək üçün ənənəvi mobil operatorların xidmətlərinə ehtiyac qalmaya bilər. Cihazın dizaynı və satış tarixi hələlik gizli saxlanılır.
İlon Mask daha əvvəl "X" sosial şəbəkəsində bu barədə ipucları vermişdi. O qeyd etmişdi ki, "Starlink" smartfonu prinsipial olaraq fərqli bir cihaz olacaq:
- Neyron şəbəkələr (AI) üçün optimallaşdırılmış;
- Maksimum enerji səmərəliliyi ilə işləyən.
- Maliyyə göstəriciləri və rəqabət
"Starlink" hazırda SpaceX-in əsas gəlir mənbəyidir. Məlumata görə, ötən il şirkət 15–16 milyard dollar gəlirdən təxminən 8 milyard dollar mənfəət əldə edib. Ümumi gəlirlərin 50%-80%-i məhz peyk internetinin payına düşür.
"SpaceX" bu yaxınlarda "EchoStar" şirkətindən 19,6 milyard dollara peyk spektri alaraq bu sahədə ən böyük investisiyasını edib.
Analitiklər bu addımın asan olmayacağını bildirirlər. "Summit Ridge Group"un prezidenti Armand Müzi hesab edir ki, həm cihaz istehsal etmək, həm də köklü mobil operatorlarla rəqabətə girmək "SpaceX" üçün çox ciddi bir çağırış olacaq.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur






.jpg)











.jpg)
















